Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Sualtı Wi-Fi sistemi ilk sınaqdan uğurla çıxıb

"Aqua-Fi" adlandırılan yeni texnologiya dalğıcların məlumatları suyun üzərinə ötürə və sualtı əlaqə qura bilməsi üçün hazırlanıb.

"Seanews.az" xəbər verir ki, "Aqua-Fi” sualtı şəbəkəsi Led və lazerlər vasitəsilə sahilə və ya suyun üzərinə məlumatlar göndərə bilir. Texnologiya Səudiyyə Ərəbistanındakı “King Abdullah” Elm və Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanıb.

"Aqua-Fi" dalğıcın smartfonundan məlumatları onun arxasında quraşdırılmış “Raspberry Pi” kompüterinə göndərir. Kompüter həmin məlumatları (foto, video) peyk vasitəsilə gəmidəki kompüterə göndərir. Gəmi ilə əlaqə işıq, radio dalğaları və akustik siqnalları vasitəsilə mümkündür. Ancaq bu vasitələrin istismarında müəyyən məhdudiyyətlər (aşağı sürət, qısa məsafədə qoşulmaq və s.) mövcuddur.

Peşəkar mütəxəssislər sualtı şəbəkənin dünyaya çıxarılması üçün onun işinin daha mükəmməlləşdirilməsi üzərində çalışırlar.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır