Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Uber” Londonda çay daşımaları ilə məşğul olacaq

“Uber” taksi sifarişi şirkəti çay teploxodları vasitəsilə daşımalara başlayır.

"Seanews.az" xəbər verir ki, bununla bağlı “Thames Clippers” çay operatoru və "Uber" arasıda saziş imzalanıb. Saziş üç il müddətində qüvvədə olacaq.

“Uber” istifadəçiləri telefonlarında mobil əlavə tərəfindən generasiya edilən “QR” kodu vasitəsilə Temza çayı ilə səyahət üçün bron edə və göyərtəyə minə biləcəklər. 

Səyahət qiyməti dəyişməz qalacaq və londonlular bilet alışı üçün mövcud ödəniş üsullarından, o cümlədən kontaktsız kartlar və “Oyster” kartlarından istifadə etməkdə davam edəcəklər.

“Uber” nümayəndələrinin sözlərinə görə, koronavirus pandemiyası şəraitində çay donanması sosial məsafə qaydalarına izdihamlı yeraltı nəqliyyatdan daha yaxşı riayət etməyi təmin edəcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır