Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

3D printerdə çap edilmiş üzən ekoloji ev

Çexiya vətəndaşı olan heykəltəraş Mixal Trpak tərəfindən 3D printerdə 48 saat ərzində çap edilmiş ekoloji ev suda da üzə bilir. Heykəltəraş üzən ekoloji evin istismar müddətinin 100 il olduğunu iddia edir.

"Seanews.az" xəbər verir ki, ekoloji texnologiyalarla hazırlanmış evin planı 25 inşaatçı mütəxəssis tərəfindən hazırlanıb.  Ümumi sahəsi 43kv/m olan evin 3 otağı – mətbəxi, hamamı, 1 qonaq və 2 yataq otağı var.

Mixal Trpakın sözlərinə görə, bu ev iki nəfərdən ibarət ailə üçün nəzərdə tutulub. Yaxın gələcəkdə daha böyük evlərin də hazırlanması nəzərdə tutulur.

“Prvok” şirkəti tərəfindən hazırlanmış 3D printer yalnız ekoloji materiallardan istifadə edir. Bu printerdə çap olunmuş hər bir obyektin istismar müddəti bitdikdə yenidən bərpa edib istifadə etmək mümkündür.

Ekoloji evlərin inşası həm şəhər daxilində, həm şəhərdən kənarda mümkündür. Bu evlərin suda üzmə xüusiyyəti onları kiçik səyahətlər üçün də əlverişli edir. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır