Çində istehsal olunmuş ilk “ağıllı” avtomatik identifikasiya sistemi - VİDEO
Bohay körfəzində qeyri-standart gəmi əməliyyatlarını müəyyənləşdirmək və araşdırmaq üçün Çinə aid ilk “ağıllı” dəniz izləmə sistemi istifadəyə verilib.
"Seanews.az" xəbər verir ki, "China Beihai Navigation Support Center" və "Dalian" Dəniz Unversiteti qeyri-adi dinamik gəmilərin yerini, adını, sürət və zəng nişanları kimi statik məlumatları, habelə zərərli məlumat yayan baza stansiyalarının yerini müəyyənləşdirən və dəqiq təyin edə bilən avtomatik identifikasiya sistemi (AIS) hazırlayıb.
Sistemdən əldə edilən məlumatlar Dəniz İşləri Departamenti və yerli radio idarəetmə bölməsinin potensial təhlükəli obyektləri izləməsini asanlaşdıracaq. Bu sistem tətbiq olunmazdan əvvəl gəmilər haqqında dinamik məlumatları əl ilə izləmək lazım gəlirdi.