Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Gəmilərə kosmosdan nəzarət olunacaq

“Rostex” dövlət korporasiyasının “RosElektronika” holdinqi və “Fakel” eksperimental dizayn bürosu dəniz və çay gəmilərinin hərəkətini izləmək üçün kosmik aparata əsaslanan nano kompleksin prototipini hazırlayıblar.

"Seanews.az" xəbər verir ki, yeni layihə yerli və xarici istehsalın analoqlarına nisbətən üç dəfə daha sürətli və 60% daha effektiv şəkildə işləyəcək.

Səmərəli əməliyyat qəbuledici anten elementlərinin xüsusi tənzimlənməsi və qəbul edilmiş siqnalların müştərək işlənməsini həyata keçirən proqram təminatı sayəsində əldə olunur. Yeni sistem beş dəqiqə ərzində gəmilərin 80% -ni aşkarlamağa imkan verəcək. Bu da naviqasiya təhlükəsizliyinə müsbət təsir göstərəcək.

Proqram paketinin hazırlanması “RosElektronika” holdinqinin tərkibində olan “Vektor” tədqiqat institutu tərəfindən həyata keçirilir. “Fakel” dizayn bürosu kosmik gəminin yaradılması ilə məşğuldur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır