Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

İsveçdə avtomobil daşıyan yelkənli gəmi layihəsi hazırlanıb

“KTH Centre for Naval Architectire”, “SSPA”, “Wallenius Marine” şirkətlərindən ibarət İsveç konsorsiumu külək enerjisi ilə işləyən avtomobil daşıyan gəmi layihəsi hazırlayıb.

"Seanews.az" xəbər verir ki, “Oceanbird” adlı layihə ən qabaqcıl gəmiqayırma və aviasiya texnologiyalarını özündə birləşdirir. Uzunluğu 200 metr olan gəmi təqribən 6-7 min avtomobil daşımaq qabiliyyətinə malik olacaq. 

Üzən vasitə hündürlüyü 80 metr olan metaldan və kompozit materiallardan hazırlanmış yelkənlərlə təchiz ediləcək. Fırtınalı hava şəraitində yelkənləri 50 metrə qədər endirmək mümkün olacaq.

Sözügedən gəminin sürəti adi gəmilərdən bir qədər aşağı olsa da, tullantıları sıfıra bərabərdir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır