Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dünyanın ilk 1 meqavatt güclü ikiyanacaqlı hidrogen mühərriki işə salınıb

“AVS” və “SMV” şirkətləri  “BeHydro” mühərriklərinin satışa çıxarıldığını elan ediblər.  Hidrogenlə çalışan bu mühərriklər CO2 tullantılarını 85% azaldır. Bu inqilabi kəşf gəmilərin, qatarların və enerji generatorlarının kütləvi formada eko-sistemə keçməsinə səbəb ola bilər.

"Seanews.az" xəbər verir ki, son 3 ildə “BeHydro” 1 meqavatt güclü ikiyanacaqlı hidrogen-dizel mühərrikləri dəfələrlə uğurla sınaqdan keçirilib. Mövcud texnologiya əsasında daha güclü – 10 meqavattlıq mühərriklər də istehsal edilə bilər.

İkiyanacaqlı texnologiya sayəsində, bərpa olunan enerji və ya hidrogen olmasa da, mühərrik elektrik enerjisi verməyə davam edir.

Şirkət artıq 2 meqavatt güclü mühərrik üçün ilk sifarişini qəbul edib. Bu mühərrik Antverpen limanında istismar edilən, hidrogenlə çalışan dünyanın ilk “HydroTug” yedək gəmisidir.

2021-ci ilin sonuna qədər şirkət çoxyanacaqlı mühərriklərin istehsalını da planlaşdırır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır