Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Arctic Connect” layihəsi çərçivəsində dəniz tədqiqatlarının birinci mərhələsi başa çatıb

Avropadan Asiyaya sualtı kommunikasiya xəttinin çəkilməsi layihəsi çərçivəsində dəniz tədqiqatlarının birinci mərhələsi başa çatıb.

“Seanews.az” xəbər verir ki, “Professor Loqaçov” elmi-tədqiqat gəmisi ekspedisiya işlərini bitirərək artıq Vladivostoka gəlib.

“Rosgeologiya” və “MegaFon” şirkətləri “Arctic Connect” layihəsində əsas tərəfdaşlara çevrilib.

Tədqiqat zamanı ümumi uzunluğu 6,5 min km olan Şimal Dəniz Yolunun akvatoriyasındakı marşrutun ən çətin hissələri araşdırılıb. Məlumata görə, 30-613 metr arası dərinliklərdə aparılan tədqiqatlar zamanı ekologiyanın təhlükəsizliyi nəzərə alınıb.

“Arctic Connect” əhalinin 85% -nin yaşadığı qitələri fiber optik rabitə ilə birləşdirəcək və ən sürətli rabitə ilə təmin edəcək. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır