Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Rəqəmsal gəmi jurnallarının tətbiqinə başlanır

Cari ilin 1 oktyabr tarixindən Beynəlxalq Dəniz Təşkilatı (IMO) gəmi əməliyyatlarının elektron formatda qeydiyyat aparılmasını təsdiqləyib. Lakin fərman hələ məcburi xarakter daşımır.

“Seanews.az” xəbər verir ki, “NS eLogs” adlı elektron gəmi jurnalları “ABS Nautical Systems” şirkəti tərəfindən təsis edilib. “NS eLogs” bir neçə fəaliyyət sahəsini əhatə edən 20-dən çox elektron jurnaldan ibarətdir.

Proqram istifadəçilərə iş effektivliyini izləməyə, sənədləri elektron şəkildə imzalamağa imkan verir. “NS eLogs” göyərtədəki inzibati işlərin həcmini əhəmiyyətli dərəcədə azaldaraq dənizçilər üçün əsas vəzifələrə kifayət qədər vaxt ayırmağa şərait yaradacaq. Həmçinin, bu proqram gəmi sahiblərinə və operatorlarına əməliyyat xərclərini azaltmağa, istifadəçi məlumatlarının girişini sadələşdirməyə, məlumat etibarlılığını artırmağa kömək edəcək. 

Tətbiq sərbəst  və ya “NS Enterprise” paketinə inteqrasiya olunaraq ABS-in bu yaxınlarda istifadəyə verdiyi rəqəmsal platforması “My Digital Fleet” vasitəsilə istifadə edilə bilər.

“NS eLogs” IMO tələblərinə və standartlarına uyğun hazırlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır