Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Doğruyol shipyard” “Gelius 3” quru yük gəmisinin uzadılması layihəsinə start verib

Türkiyəyə məxsus “Doğruyol shipyard” çoxfunksiyalı quru yük gəmisinin 25.35 metr uzadılması prosesinə start verib. Məqsəd gəminin dedveytinin artırılmasıdır.

“Seanews.az” xəbər verir ki, layihənin sifarişçisi “Albros” gəmiçilik şirkətidir. “Gelius 3” gəmisi 2008-ci ildə Türkiyədə, “Çeksan” gəmiqayırma zavodunda Dəniz Mühəndisliyi Bürosunun layihəsi əsasında inşa edilib.

Gəminin uzunluğunun və dedveytinin artırılması onun Azov və Xəzər dənizinin limanlarına rahat daxil ola bilməsi üçün nəzərdə tutulub.

Gəmiyə əlavə olunacaq hissələrin ümumi çəkisi 393 tona bərabərdir. Modernləşdirmə prosesindən sonra onun dedveyti 1260 ton artaraq 4483 tona çatdırılacaq.

Sürəti 10.5 uzel olan gəminin uzunluğu 115.2, eni isə 15.6 metrdir. Heyəti 9 nəfərdən ibarətdir.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır