Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

İlk rəqəmsal bunkerovka əməliyyatı həyata keçirilib

İsveçrənin gəmi yanacağı tədarükçüsü “Minerva Bunkering” və Sinqapurun “Hafnia” tanker şirkəti “Advanced Delivery Platform (ADP) Minerva” rəqəmsal platforması vasitəsilə dünyanın ilk tamamilə rəqəmsallaşdırılmış bunker əməliyyatını həyata keçiriblər.

"Seanews.az"ın xəbərinə görə, bu texnologiyanın istifadəsi yanacağın keyfiyyəti, istehlakı və işləmə müddəti daxil olmaqla bunkerovka əməliyyatları barədə ətraflı məlumat verir. Əməliyyatların sənədləşdirilməsi də rəqəmsal formada aparılır.

Məlumata görə, platforma əməliyyatların tam şəffaf aparılması üçün audit funksiyasını da daşıyır.

“Minerva Bunkering” şirkəti sözügedən platformanı 2021-ci ilin əvvəlindən Avropanın aparıcı limanlarında, o cümlədən Asiyada və Yaxın Şərqdə də istifadəyə verəcəyini bildirib. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır