Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Bizim Yubilyar: ASCO-nun Rabitə və elektroradionaviqasiya şöbəsinin rəisi yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Rabitə və elektroradionaviqasiya şöbəsinin rəisi Vahid Musayev 60 illik yubileyini qeyd edir.

Vahid Musayev 1962-ci il oktyabrın 18-də Gürcüstanın Bolnisi rayonunun Aşağı Güləver kəndində anadan olub. 

O, 1980-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olub. 1985-ci ildə ali təhsilini başa vuraraq SSRİ Elektron Hesablama Maşınları İstehsalat Birliyinin Bakı İxtisaslaşdırılmış Ərazi İdarəsində mühəndis-proqramçı  kimi əmək fəaliyyətinə başlayıb.

Vahid Musayev 1986-cı ildə Xəzər Dəniz Neft Donanması İdarəsində mühəndis vəzifəsinə işə qəbul olunub. Burada İnformasiya Emaletmə Bürosunun rəhbəri, Qəbuledici və Ötürücü Radiomərkəzin rəhbəri, Məişət və Sosial-İnkişaf şöbəsinin rəisi, Rabitə və elektroradionaviqasiya xidmətinin rəis müavini kimi vəzifələrdə çalışıb. 2012-ci ilin oktyabrından SOCAR-ın Dalğıc Qəza Xilasetmə İşləri İdarəsində mühəndis-elektronik kimi fəaliyyətini davam etdirib.

O, 2014-cü ildən ASCO-nun Rabitə və elektroradionaviqasiya şöbəsinin rəisi vəzifəsində çalışır.

Yubilyar karyerası ilə yanaşı daim təhsilinə də önəm verir. Hazırda Həştərxan Dövlət Texniki Universitetində dənizçilik ixtisası üzrə təhsil alır.

Vahid Musayev 2018-ci ildə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)" Azərbaycan Respublikasının yubiley medalı, eyni zamanda 2022-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin Kollegiya iclasının qərarı ilə “Donanmanın fəxri işçisi” döş nişanı ilə təltif olunub.

Əziz Vahid müəllim, Sizi 60 illik yubileyiniz münasibətilə ASCO ailəsi adından təbrik edirik.

Qoy canınız sağlam, ömrünüz uzun, xoş və yaddaqalan hadisələrlə zəngin olsun! Əzizlərinizin qayğısı, dostlarınızın sayğısı Sizi daim gümrah və fəal saxlasın!


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır