Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-12-03,
Seanews
Heyder Eliyev

75 illik yubileyini qeyd edən veteran dənizçi evində ziyarət olunub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin inkişafı, bugünki səviyyəyə çatmasında veteran dənizçilərimizin böyük payı var. Hətta şirkətdə onların təcrübəsindən bu gün də səmərəli istifadə olunur. Elə bu səbəbdən veteran dənizçilərə hər zaman xüsusi hörmət və qayğı göstərilir.

Ömrünün 40 ilini gəmiçilik sahəsinə həsr edən Vaqif Ağasıyev dənizçi adını yüksəklərə qaldıranlardan biridir. 

O, bu gün 75 illik yubileyini qeyd edir. 

Bu münasibətlə ASCO-nun Sosial inkişaf və nəqliyyat departamentinin və  Dəniz Nəqliyyatı Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları veteran dənizçini evində ziyarət ediblər.

Görüşdə 1968-cu ildən 2007-ci ilə kimi ASCO-nun müxtəlif gəmilərində işləmiş Vaqif Ağasıyevin dənizçilik sahəsindəki xidmətləri xatırlanıb.

Həmkarları ona bütün dənizçilərin xoş sözlərini çatdırıb cansağlığı, uzun ömür arzulayıblar. Yubilyar diqqət və qayğıya görə ASCO ailəsinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Vaqif Ağasıyev 1947-ci il noyabrın 16-da Bakıda dənizçilər ailəsində anadan olub. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır