58 il əvvəl batan gəmi tapılıb
58 il əvvəl yoxa çıxan “USRC Bear” gömrük gəmisi tapılıb. Gəmi Yeni Şotlandiya sahillərində (Kanada), Filadelfiyada yedəkdə körpüyə aparılarkən batmışdı.
“Seanews.az”-ın məlumatına görə, təxminən iyirmi il idi ki, Amerika Birləşmiş Ştatlarının Milli Okean və Atmosfer İdarəsi, ABŞ-ın Sahil Mühafizəsi və müxtəlif elmi qurumlardan bir qrup tədqiqatçı “USRC Bear” gəmisinin araşdırılması və axtarışı ilə məşğul idi.
2021-ci il oktyabrın 15-də Bostonda keçirdiyi mətbuat konfransında kontr-admiral Nensi Hann, ABŞ-ın Milli Okean və Atmosfer İdarəsi və Sahil Mühafizəsi adından 1963-cü ildə itkin düşmüş “USRC Bear” gəmisinin dənizin dibində aşkar edildiyini elan edib.
Gəminin qalıqları Seybl adasından (Yeni Şotlandiya, Kanada) təxminən 90 mil cənubda tapılıb.