Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Barents dənizinin dibində döyüş gəmiləri aşkar edilib

Şimal Donanmasının və "Müharibəni xatırla" Rusiya Coğrafiya Cəmiyyətinin birləşdirilmiş ekspedisiyası çərçivəsində "Romuald Mukleviç" hidroqrafik gəmisi cari ildə üç səfər həyata keçirib. Bu səfərlər zamanı Barents və Karsk dənizlərinin dibinin 2.8 min kvadratmetrdən çox sahəsi  araşdırılıb.

“Seanews.az” xəbər verir ki, 1945-ci ilin fevralında vurulan İngiltərənin  “Bluebell”  korveti, 1942-ci ilin yanvarında Almaniyanın  “U-454” sualtı qayığı tərəfindən batırılan ingilis “Matabele” esminesi, 1941-ci ildə məhv edilən “Passat” patrul gəmisi və alman faşistlərinin hücumundan sonra batan “RT-67” xilasetmə gəmisi və digər gəmilər tapılıb.

Bundan əlavə, hidroqrafik qrup tərəfindən Almaniyanın "Bantos-A" və "Bantos-B" mina sahələrindən keçən Sovet sualtı qayıqlarının marşrutlarının ayrı-ayrı hissələri araşdırılıb.

Araşdırma zamanı əvvəllər aşkar edilmiş “Tuman” patrul gəmisinin koordinatları, habelə “K-2” və “D-3” Sovet sualtı qayıqları və “U-307” və “U-286” alman sualtı qayıqlarının məhv edildiyi yerlər dəqiqləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır