Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-24,
Seanews
Heyder Eliyev

Təcrübəli kapitan Elşad Dadaşov 70 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) veteran əməkdaşı, təcrübəli kapitan Elşad Dadaşov 70 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun  Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər. Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Ziyarət zamanı Elşad Dadaşovun gəmiçilikdəki fəaliyyətinə nəzər salınıb.

Yubiliyar uşaqlıqdan dənizçiliyə həvəsi olduğunu bildirib. Qeyd edib ki, bu peşəyə əmisi, nüfuzlu gəmi kapitanı Dərya Dadaşovun sayəsində maraq göstərib.

Hazırda onun nəvəsi Kamran Dadaşov ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil alır. Qocaman kapitan bundan böyük qürur duyur: “Mən şadam ki, Kamran yolumu davam etdirəcək. Onun gələcəyin ən yaxşı dənizçilərindən biri olacağına inanıram”.

Qeyd edək ki, Elşad Dadaşov 1952-ci ilin yanvarın 15-də Bakının Mərdəkan qəsəbəsində doğulub.  1968-ci ildə Bakı Dənizçilik Məktəbinə daxil olub. 1972-ci ildə həmin məktəbi gəmi sürücüsü kimi bitirib.

O, əmək fəaliyyətinə 1973-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus gəmisdə kapitanın III köməkçisi kimi başlayıb. 1998-ci ildə “General Şıxlinski” gəmisinin sükanı arxasına keçib. 7 il bu gəmidə kapitan olub. Daha sonra “Şamxor”, “Lənkəran”, “Abşeron” gəmilərində kapitan olaraq işləyib.  2008-ci ildən əmək Xəzər Dəniz Neft Donanmasında çalışıb.

Elşad Dadaşov 2013-cü ildə təqaüdə çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır