Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

İran limanlarında 94,3 milyon ton yük aşırılıb

İran təqvim ilinin ilk 5 ayında (2024-cü il martın 20-dən) İmam Xomeyni limanının yük dövriyyəsi 14% artıb.

Bu barədə İranın “Mehr” agentliyi Xuzistan əyalətinin Limanlar və Gəmiçilik Departamentinin baş direktoru Abutalıb Gəraylıya istinadən məlumat yayıb. Onun sözlərinə görə, ilin əvvəlindən limanda 20 milyon ton neft məhsulları və digər yüklər aşırılıb.

İran Limanlar və Gəmiçilik Təşkilatının dərc etdiyi son məlumatlara əsasən, bu ilin təkcə ilk 5 ayı ərzində ölkənin limanlarında 94,3 milyon tona yaxın yük aşırılıb: 32 milyon tondan çox yük boşaldılıb ( 11 milyon ton neft məhsulları və 21 milyon tondan çox qeyri-neft yükləri), 62 milyon tondan çox vurulub (32 milyon ton neft məhsulları və 30 milyon ton qeyri-neft yükləri).

Hesabat dövründə konteyner sektorunda yükləmə-boşaltma əməliyyatları 4% artaraq 1,08 milyon TEU təşkil edib.

İmam Xomeyni limanı Şəhid Rəcai limanından sonra İranın ikinci ən böyük yükaşırma mərkəzidir və onun inkişafı hökumət üçün prioritetdir. Hazırda İmam Xomeyni limanında beş yanalma körpüsü var.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır