Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Alyaska sularında kruiz gəmisi böyük buz kütləsi ilə toqquşub

"Carnival Spirit" kruiz gəmisi Alyaska sularında buz parçası ilə toqquşub. Sərnişinlərdən biri zarafatla hadisəni “Titanik” gəmisinin qəzaya uğraması ilə müqayisə edib.

“CNN” xəbər verir ki, insident nəticəsində xəsarət alan olmasa da, bəzi sərnişinlər qorxuya düşüblər.

“Carnival Cruise Line”-nin sözçüsü hadisənin hərəkət edən buz parçası ilə toqquşma nəticəsində baş verdiyini təsdiqləyib. O, həmçinin qeyd edib ki, ekspertlər gəminin vəziyyətini qiymətləndirərkən layner bir neçə saat bir yerdə dayanıb. Heç bir ziyan aşkar edilməyib və gəmi səfərini davam etdirib.

Bildirilir ki, kruiz gəmisinin nəhəng buz kütləsi ilə toqquşması sərnişinləri qeyri-ixtiyari olaraq “Titanik”in faciəvi hekayəsini xatırlamağa məcbur edib.

Səyahət Seattleda başa çatıb. Qısa müddətdən sonra “Carnival Spirit” layneri eyni marşrut üzrə növbəti iki həftəlik səyahətə çıxıb. Şirkət əmin edib ki, bu hadisə gəminin işinə və onun sonrakı səfərlərinə təsir göstərməyib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır