Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Hai Jin Jiang” gəmisindən yanacaq dağılması nəticəsində Qara dənizə dəyən ekoloji ziyan tam ödənilib

Novorossiysk limanında Sinqapurun “Wealth Holdings Shipping RTE” şirkətinə məxsus "Hai Jin Jiang" gəmisindən yanacağın dağılması nəticəsində Qara dənizə dəymiş ziyanın məbləği tam olaraq ödənilib.

“Portnews.ru” xəbər verir ki, bu barədə “Rosprirodnadzor”un rəhbəri Svetlana Radionova öz “Telegram” kanalında yazıb.

Novorossiysk limanında Qara dənizin neft məhsulları ilə çirklənməsi ilə bağlı məlumat “Rosprirodnadzor”-a 22 fevral 2024-cü ildə daxil olub. Yoxlama zamanı idarənin mütəxəssisləri “Hai Jin Jiang” gəmisinin dayandığı ərazidə mazutun suya axması faktını təsdiqləyiblər. 300 kvadratmetrə qədər sahə mazutla çirklənib. Panamanın bayrağı altında üzən gəminin Novorossiysk limanını tərk etməsi qadağan edilib. Qəzanın mənfi nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülüb, ətraf mühitə dəymiş ziyan hesablandıqdan sonra gəminin sahibinə - Sinqapurun “Wealth Holdings Shipping RTE” şirkətinə qarşı iddia irəli sürülüb.

Bildirilir ki, məhkəmə şirkətdən 138 milyon rubla yaxın vəsaitin geri alınmasına qərar verib və dəymiş ziyanın məbləği tam olaraq ödənilib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır