Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Argentina hakimiyyəti Paraqvay-Parana su yolunun bir hissəsinin 30 illik konsessiyaya verilməsi üçün tender keçirəcək

Argentina hökuməti Paraqvay-Parana su yolunun öz hissəsinin qalib şirkətə 30 illik güzəştə verilməsi üçün açıq milli və beynəlxalq tender keçirməyi planlaşdırır.

Bu barədə “Reuters” agentliyi Argentina Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankosun bəyanatına istinadən məlumat yayıb.

Daxili su yolu - Parana və Paraqvay çayları Paraqvay, Boliviya və Braziliyanın cənubundan dənizə çıxışı təmin edən ən mühüm nəqliyyat yoludur.

Ərazi üçün uzunmüddətli güzəşt əldə edəcək tenderin qalibi Paraqvay və Parana çaylarında dibdərinləşdirmə işlərini və sahil mühafizəsini həyata keçirməli olacaq. Bu, əhəmiyyətli iş həcmini və dünyanın aparıcı çay və dəniz nəqliyyatı operatorlarının iştirakını tələb edir.

Nazirlər Kabinetinin rəhbərinin sözlərinə görə, bu layihənin gələcək podratçısı gəmiçilik ticarət marşrutu hissəsinin genişmiqyaslı modernləşdirilməsini, o cümlədən avtomatik identifikasiya üçün yeni peyk sistemlərinin (AİS), rabitə, radar və naviqasiya vasitələrinin quraşdırılmasını həyata keçirməli olacaq.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır