Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Dünyanın ən böyük tankeri

Supertanker – “VLCC” (“Very Large Crude Oil Carrier”) tipli iritonnajlı okean tankerinin subasımı 160 min ton və daha çox olur. Belə tankerlər əsasən xam neftin daşınmasında istifadə olunur.

Tutumu 320 min tondan çox olan tankerlər “ULCC” (“Ultra-large crude carrier”) tipinə aid edilir.

Supertankerlərin uzunluğu 300 metrdən çox olur. Belə nəhəng gəmillərə limanlarda rast gəlmək mümkün deyil. Çünki onların suyaoturumu sahilə yan almağa imkan vermir. Supertankerlərin yükləmə və boşaltma əməliyyatları sahildən uzaqda yerləşən xüsusi terminallarda həyata keçirilir.

Böyük ölçüləri və daşınan yükün həcmi nəhəng tankerləri həddən artıq ətalətli edir. Belə ki, qəza halında gəmini dərhal saxlamaq cəhdi səmərə vermir:ən yaxşı halda tam dayanana kimi 10 km məsafə qət edir. Supertankerin dönmə sirkulyasiyasının diametri 3,7 km-dək ola bilir. Bu göstəricilər gəminin ölçüsündən və yüklənməsindən asılı olaraq dəyişir.

Belə tankerlərdən adətən üzən neft anbarı kimi istifadə edirlər. Bəzi hallarda isə onları “FPSO” (“Floating production and Storage”) tipli gəmiyə çevirirlər. Bu zaman tanker neftin və qazın ixracını, saxlanmasını və daha sonra boşaldılmasını təmin edən üzən qurğu rolunu oynayır.

 

1979-2010-cu illərdə “Knock Nevis” ölçülərinə görə rəqib tanımırdı. Uzunluğu 458,45 metr, eni 68,86 metr, dedveyti 564763 ton olan dünyanın ən nəhəng supertankerı artıq dənizə əlvida deyib və təkrar emal üçün doğranıb.  

 

Hazırda dünya sularında üzən ən nəhəng tanker uzunluğu 380 metr, eni 68 metr, dedveyti 441 893 ton olan Tİ sinifli gəmilər hesab edilir. Bu tipdən olan 4 gəminin sahibi Belçikanın “Euronav NV” şirkətidir. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır