Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Vafias” şirkəti üç həftə ərzində üçüncü balkerini alıb

Vafias ailəsi tərəfindən idarə olunan Yunanıstanın “Vafias” şirkəti, Monakkonun “GoodBulk» şirkətindən “Aquataine” balkeri alıb.

“Seanews.az”-ın məlumatına görə,  detveyti 182 min ton olan quru yük gəmisi 12 il əvvəl İmabari gəmiqayırma zavodunda tikilib.

Balker “Vafias”-ın törəmə şirkəti olan “Brave Maritime” tərəfindən idarə olunacaq.

Son bir neçə həftə ərzində “Vafias” Cənubi Koreyanın “H-Line Shipping” şirkətindən  2011-ci ildə inşa edilmiş və dedveyti 174 000 olan “Aquafortune” və dedveyti 179 000 ton olan “Hl Shinboryeong” balkerləri əldə edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır