Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“HMM” 8000 TEU tutumlu doqquz konteyner gəmisi inşa edəcək

Sifariş Koreyanın dörd tərsanəsi – “Hyundai Heavy Industries” (“HHI”), “Samsung Heavy Industries”, “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) və “HJ Shipbuilding & Construction” arasında bölünəcək.

“Seanews.az”-ın məlumatına görə, konteyner gəmiləri “HMM”-in donanmanın genişləndirilməsi strategiyasının bir hissəsi kimi tikilir və bu strategiyaya əsasən, daşıyıcı 2026-cı ilə qədər öz donanmasının tutumunu 1,2 milyon TEU-ya çatdırmaq niyyətindədir (şirkətin donanmasının hazırkı tutumu 820 000 TEU-dur). Gəmilər 2025-2026-cı illərdə istismara veriləcək. Hər konteyner gəmisinin qiyməti təxminən 95 milyon dollar təşkil edəcək.

İyul ayında “HMM” törəmə şirkəti “HHI Hyundai Mipo”-ya hər gəmi üçün 35,5 milyon dollar dəyərində üç 1800 TEU konteyner gəmisinin tikintisini sifariş edib. Onların çatdırılması 2024-cü ildə gözlənilir. 13 min TEU tutumlu 13 konteyner gəmisi üçün sifarişlər isə keçən yay “HHI” və “DSME” arasında bölünüb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır