Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Daha bir LNG daşıyıcısı suya salınıb

“CSSC Huangpu Wenchong” gəmiqayırma zavodunda (Çin dövlət gəmiqayırma korporasiyası “CCSS”-nin törəmə müəssisəsi) Çinin mayeləşdirilmiş neft-qaz tankerləri donanmasının sahibi olan “Tianjin Southwest Maritime” (“TSM”) üçün inşa edilmiş ikinci çoxməqsədli qaz daşıyıcısının rəsmi açılış mərasimi keçirilib.
“Seanews.az”ın məlumatına görə, 9,5 min kubmetr tutumlu tanker gəmiqayırma zavodunda eyni seriyadan inşa edilən ikinci (seriya nömrəsi H5509) gəmidir. Bu layihənin birinci gəmisində (seriya nömrəsi H5508) hazırda tamamlama işləri görülür. Gəminin 2023-cü ildə sifarişçiyə təhvil verilməsi planlaşdırılır.
LNG daşıyıcıları müxtəlif növ toplu yüklərin daşınması üçün nəzərdə tutulub. Tankerin iki yanacaqlı mühərrikləri onun təbii qaz yanacağı ilə işləməsinə imkan verir. Bu qabiliyyət xüsusən də LNG-yə artan tələbat nəzərə alınmaqla, gəminin çox yönlüyünü artırmaq üçün layihəyə daxil edilmişdir.
2019-cu ildə “TSM”-dən bir sıra LNG daşıyıcıları üçün sifariş alınıb. Konteyner gəmilərinin inşasında ixtisaslaşan dövlət gəmiqayırma zavodu Cənubi Koreyalı rəqibləri ilə rəqabət aparan Çin gəmi istehsalçıları kimi ilk dəfə olaraq LNG daşıyıcıları inşa etmək qərarına gəlib.
LNG seqmentinə keçməyə qərar verən “Tianjin Southwest Maritime” şirkəti də bu yaxınlarda üç böyük 174 000 kubmetr LNG daşıyıcısı sifariş edib. Bu qazdaşıyanlar “Hudong-Zhonghua Shipbuilding”-in tərsanəsində tikiləcək və 2028-ci ildə sifarişçiyə təhvil veriləcək.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır