Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Gəmidən 20 min dollar oğurlanıb

“MSC BRUNELLA” (IMO 9702106, Portuqaliya bayrağı) gəmisinin göyərtəsində böyük oğurluq hadisəsi baş verib.

Bu barədə “SJ sea” portalı məlumat yayıb.

Gəmidə naməlum şəxs (onun heyət üzvlərindən biri olması ehtimalı da yüksəkdir) yeddi kayutu açaraq, hər birindən nağd pul  götürüb. Oğurluqdan sonra kayutlar bağlanıb. Oğurlanan pulun ümumi məbləği 20 min dollara yaxındır.

Hadisə barədə dərhal gəminin kapitanına məlumat verilib, o, təfərrüatları gəmi sahibinin nümayəndələrinə çatdırıb.

Bu cinayət işi olmasına baxmayaraq, gəmi sahibi polisə müraciət etməyib və təkbaşına araşdırma aparıb. Bu araşdırma isə nəticə vermədiyindən dənizçilərə pul  qaytarılmayıb.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır