Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

LNG bərələri ənənəvi yanacaqla da işləyəcək

Norveçin “Fjord Line” bərə şirkəti LNG ilə işləyən iki bərəsini ikili yanacaqla işləyən bərələrə çevirir.

“Seanews.az”ın məlumatına görə, yenidən qurulduqdan sonra gəmilər həm LNG, həm də ənənəvi gəmi yanacağı ilə işləyə biləcəklər.

“Mövcud qlobal vəziyyət fonunda enerji böhranı LNG qiymətlərinin xeyli artmasına səbəb olub. Üstəlik, LNG-nin qiyməti ənənəvi dəniz yanacağından və daha az dayanıqlı enerji mənbələrindən əhəmiyyətli dərəcədə yüksəkdir, "Bu, öz növbəsində, LNG ilə işləyən iki “Fjord Line” gəmisi də daxil olmaqla, yanacaq xərclərinin və enerji səmərəliliyinin kəskin artmasına səbəb oldu,”- “Fjord Line”-nin bəyanatında deyilir.

Söhbət 2013 və 2014-cü illərdən istismar edilən "MS Stavangerfjord" və "MS Bergensfjord" bərələrindən gedir. “MS Stavangerfjord” üzərində işlərə cari ilin yanvarında Norveçin “Fosen Yard” tərsanəsində başlanacaq və mayında başa çatacaq. İkinci bərənin yenidən təchiz edilməsi cari ilin fevralından iyun ayına kimi davam edəcək. İki yanacaqla işləyən  mühərriklərin təchizatçısı “Wärtsilä” şirkətidir.

“Ənəvi yanacağa keçmək zərurəti bizi kədərləndirir. Bununla belə, bu keçid şirkətin gələcək inkişafı üçün çox vacibdir. Bu, LNG qiymətləri normallaşana qədər maliyyə dayanıqlığını təmin edəcək, - deyə “Fjord Line”-ın baş direktoru Brayan Torted Hansen bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır