Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Türkiyə istehsalı olan balıqçı gəmisi artıq Kamçatkadadır

Türkiyə istehsalı olan "Vladimir Biryukov" supertrauleri Kamçatkaya gəlib.

Gəminin qarşılanma mərasimində Kamçatka vilayətinin qubernatoru Vladimir Solodov, “Okeanrybflot” ASC-nin baş direktoru Yevgeni Novoselov, Kamçatka vilayəti qanunvericilik məclisinin deputatı Oksana Gerasimova, balıqçılıq naziri Andrey Zdetovetski, Rusiyanın Balıqçılar Assosiasiyasının prezidenti Sergey Timoş, balıqçılıq şirkətləri və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

“Bu, son illərdə ən qısa müddətdə, kilin qoyulmasından sonra iki il ərzində inşa edilmiş ikinci supertraulerdir. Bu, bütün Kamçatka üçün əlamətdar hadisədir, Kamçatkanın Rusiya Federasiyasında balıqçılıq sənayesinin inkişafı üçün flaqman, investisiya sahəsində lider rolunu bir daha təsdiqləyir. Bu, Rusiyanın ən qabaqcıl balıqçı gəmisidir və əminəm ki, balıqçılıqda yaxşı nəticələr göstərəcək. ” - Vladimir Solodov bildirib.

Uzunluğu 108 metr və eni 20 metr olan balıqçı gəmisi Türkiyənin “Tersan” gəmiqayırma zavodunda tikilib.

Gəmi Kamçatka vilayətinin ilk qubernatoru Vladimir Biryukovun adını daşıyır. Vladimir Afanasyeviç Biryukov 1991-2000-ci illərdə Kamçatka vilayətinə rəhbərlik edib. Həştərxan Balıq Sənayesi və Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Kamçatkaya köçüb və burada yerli balıq emalı zavodlarında işləyib. 1968-1977-ci illərdə “Kamçatrybprom”da texniki şöbəsinin rəisi, baş mühəndis, “Kamçatrybprom”un rəisi vəzifələrində çalışıb. 2021-ci il yanvarın 6-da vəfat edib.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır