Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Disney Group” ilkin qiymətindən 45 dəfə ucuz qiymətə yeni kruiz gəmisi alıb

“Disney Group” yeni “Global Dream” kruiz gəmisini ilkin qiymətdən 45 dəfə ucuz qiymətə alıb. 1,8 milyard avroya olan layner 40 milyon avroya əldə olunub.

Bu barədə Almaniyanın “Kapital” nəşri yazır.

Keçən ilin əvvəlində əvvəlcə Vismar, Rostok və Ştralsundda ofisləri olan “MV” gəmiqayırma zavodu, sonra “MV” tərsanəsinin sahibi və nəhəng gəminin müştərisi - Malayziyanın “Genting Group”-unun Honkonq bölməsi, “Dream Cruises” şirkəti müflis oldu.

O vaxtdan bəri “Global Dream”-ın gələcəyi qeyri-müəyyən olaraq qalırdı. Menecer Kristof Morgen Vismardakı gəmiqayırma zavodunu Kieldə sualtı gəmi istehsalçısı olan “ThyssenKrupp MarineSystems” (“TKMS”) şirkətinə satmağı bacardı. Ancaq hələ də “Vismar” tərsanəsində olan gəminin özü üçün başlanğıcda heç bir perspektiv yox idi.

Əvvəlcə almağa hazır olduğunu bildirən İsveçin “Stena Group” şirkəti ilə danışıqlar nəticə vermədi. “Genting”-in malayziyalı sahibi Tan Sri Lim Kok Tai tərəfindən ifadə edilən qeyri-müəyyən maraq da boşa çıxdı. Yeganə maraqlı tərəf “Disney” qaldı.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır