Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Euroseas Ltd.” şirkəti konteyner gəmisini satır

Konteyner daşımaları ilə məşğul olan konteyner gəmilərinin sahibi və operatoru “Euroseas Ltd.” şirkəti “Akinada Bridge” konteyner gəmisini 14,2 milyon dollara satmaq üçün müqavilə imzalayıb.

“Seanews.az”ın məlumatına görə, gəmi 2023-cü il yanvarında adı açıqlanmayan alıcıya təhvil veriləcək.

5,6 min TEU tutumlu “Akinada Bridge” konteyner gəmisi 2001-ci ildə tikilib.

“Euroseas Ltd.” şirkəti 2005-ci il mayın 5-də Marşal Adaları Respublikasının  qanunlarına uyğun olaraq, son 140 il ərzində gəmiçiliklə məşğul olan ən qədim yunan gəmi sahibləri ailələrindən biri olan Pittas ailəsinin (Afina) aktivlərini birləşdirmək üçün yaradılmışdır.  “Akinada Bridge” konteyner gəmisinin satışından sonra şirkətin donanması 17 gəmidən ibarət olacaq. Tikilməkdə olan bütün gəmilər şirkətə təhvil verildikdən sonra gəmilərinin sayı 26-ya, donanmasının tutumu isə  75,46 min TEU-ya çatacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır