Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

İri xam neft tankeri sifarişçiyə təhvil verilib

300 min ton tutumlu "New Splendor" tankeri bu yaxınlarda sahilyanı Dalyan şəhərində (Şimal-Şərqi Çin) sifarişçiyə təhvil verilib.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, yeni xam neft daşıyıcısı enerjiyə qənaət və ətraf mühitin mühafizəsini yüksək səviyyədə təmin edən müasir sistemlə təchiz edilib.

Təkmil enerjiyə qənaət sisteminə malik yeni ultra iri tankerin uğurla təhvil verilməsi Çinin gəmiqayırma və gəmiçilikdə beynəlxalq rəqabət qabiliyyətini artırır.

Yeni tanker xam neft, toplu yük və mayeləşdirilmiş təbii qazın daşınması ilə məşğul olan “China Merchants Energy Shipping Co., Ltd.” şirkətinə təhvil verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır