Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Celsius Tankers” dörd LNG gəmisi sifariş edib

Danimarkanın “Celsius Tankers” (“Celsius Shipping”-a daxildir) şirkəti  Çinin “China Merchants Heavy Industry” gəmiqayırma şirkəti (Jiangsu, Çin) ilə mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün dörd tankerin tikintisinə dair müqavilə imzalayıb.

Təsdiqlənməmiş məlumata görə, müqavilə dörd tankerdən əlavə, daha dörd gəminin (4+2+2) tikintisini nəzərdə tutur. LNG tankerlərinin tutumu 180 min kubmetrdir. Müqavilələrin ümumi qiyməti barədə məlumat verilmir, lakin bəzi mənbələrə görə, hər bir gəminin dəyəri 230 milyon dolları ötür.

Müqavilədə nəzərdə tutulan qrafikə əsasən, “CMHI Jiangsu” tərsanəsi 2026-cı ildə tamamlanmış gəmiləri təhvil verməyə başlayacaq.

Tankerlər “MAN ME-GA” seriyalı mühərriklərlə və yük çənləri isə “GTT Mark III Flex” təzyiq sistemi ilə təchiz ediləcək.

Beləliklə, belə böyük bir sifariş alan “CMHI Jiangsu” şirkəti “Hudong-Zhonghua”, “Jiangnan Shipyard”, “Dalian Shipbuildis Industry” (“DSIC”) və “Yangzijiang Shipbuilding”-dən sonra Çinin nəhəng qaz tankerlərini inşa edəcək daha bir gəmiqayırma zavoduna çevrildi.

Bu müqavilədən əvvəl “Celsius Tankers” Cənubi Koreyanın “Samsung Heavy Industries” gəmiqayırma şirkətinə təqribən 249 milyon dollar dəyərində bir LNG tankeri sifariş etmişdi. “SHI”-nin gəmiqayırma sifarişləri qovluğuna indi 180 000 kubmetr tutumlu 10 LNG daşıyıcısı daxildir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır