Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-05-08,
Seanews
Heyder Eliyev

Ukraynadan gedən gəmiyə görə Bosfor boğazı gəmilərin hərəkəti üçün bağlanıb

Ukraynadan İstanbula gedən yük gəmisi Bosfor boğazında saya oturub. Hadisə ilə əlaqədar Boğaz gəmilərin hərəkəti üçün bağlı elan olunub.

"Seanews.az" xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Baş İdarəsi məlumat yayıb.

Hazırda xilasetmə işləri aparılır. Bu məqsədlə əraziyə 5 xilasetmə gəmisi cəlb edilib.

Onu da qeyd edək ki, hadisə ilə əlaqədar ölən və yaralanan yoxdur. 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır