Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Famatown Finance Limited” tanker şirkətində səhm payını artırıb

“Famatown Finance Limited” 5 127 000 əlavə səhm əldə edib və beləliklə, əlaqədar şirkətlərlə birlikdə hazırda “Euronav”-ın 40 998 478 səhminə (dövriyyədə olan səhmlərin 20,31%-i) sahibdir.

“Seanews.az”-ın məlumatına görə, “Famatown Finance Limited” (“Frontline”-a nəzarət edən milyarder Con Fredriksenin idarə etdiyi  şirkətlər tərəfindən dolayı yolla idarə olunur) Avropanın “Euronav” tanker şirkətindəki payını artırıb. Bu addım “Frontline” şirkətinin “Euronav” ilə 4,2 milyard dollarlıq birləşmədən imtina etmək qərarından sonra məlum olub.

“Euronav” mətbuata açıqlamasında dəyişiklikləri mövcud qanunvericiliyə uyğunlaşdıracağını bildirib.

Baş ofisib Antverpendə yerləşən “Euronav” xam neft və neft məhsullarının dəniz nəqliyyatı daşınması və saxlanması ilə məşğul olan dünyanın aparıcı müstəqil tanker şirkətlərindən biridir.  Şirkətin gəmiləri Belçika, Yunanıstan, Fransa və Marşal adalarının bayrağı altında üzür.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır