Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Ən böyük yelkənli yaxta 3 ildən sonra ilk səfərə çıxacaq

Dünyanın ən böyük yelkənli super yaxtası “Orient Express Silenseas” 2026-cı ildə ilk səfərinə çıxacaq.

“Seanews.az”-ın məlumatına görə, yaxta Fransadakı “Chantiers de l'Atlantique” gəmiqayırma zavodunda tikiləcək.

Üç dorlu gəminin uzunluğu 200 metr, hündürlüyü 91 metr olacaq. 54 kayutla  120 sərnişini qəbul edə biləcək yaxta  Aralıq dənizi və Karib dənizi marşrutları üzrə səfərlər edəcək.

“Superyaxtanın dəyəri açıqlanmayıb. Lakin, məsələn, Jeff Bezosun dəbdəbəli yelkənli yaxtası 500 milyon avrodan çox, rusiyalı milyarder Əlişir Usmanovun 156 metrlik yaxtası isə 600-750 milyon dollar dəyərində qiymətləndirilir”, - Bloomberg yazır.

Lüks kayutların sahəsi 70 kvadratmetr olacaq ki, bu, Nyu-Yorkdakı iki otaqlı mənzilin sahəsi qədərdir.

İki üzgüçülük hovuzu, restoran və barlar, amfiteatrı və şəxsi səsyazma studiyası və sair “Orient Express Silenseas”-ın qonaqlarının ixtiyarında olacaq.

“Orient Express Silenseas” dizeldən istifadə etməyəcək. Gəmi LNG ilə işləyə bilən mühərriklə təchiz ediləcək. Yaxta hibrid güc qurğuları və sərt yelkənlərlə təchiz olunacaq. Bundan əlavə, gəmi hidrogenlə işləyə biləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır