Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Metanol daşıyacaq gəmi özü də metanolla işləyəcək

Yaponiyanın “Mitsui O.S.K. lines, ltd.” (“MOL”) gəmiçilik şirkəti “Cypress Sun” metanol gəmisinin adqoyma və təhvil-təslim mərasimi keçirib.  Mərasim “Hyundai Mipo” tərsanəsində (Ulsan, Cənubi Koreya) baş tutub.

“Seanews.az”-ın məlumatına görə, gəmi həm mazut, həm də metanolla işləməyə qadir olan iki yanacaqlı mühərriklə təchiz edilib.

Gəmi “MOL” tərəfindən “Osaka Shipping Co., Ltd”-dən icarəyə götürüləcək. Bundan əlavə, metanol daşıyıcısı uzun müddətli çarter müqaviləsi əsasında Kanadanın “Vancouver Waterfront Shipping Company Limited” (“WFS”) şirkətinə təhvil veriləcək.

2021-ci ildə bu seriyanın başqa bir gəmisi “Capilano Sun” MOL tərəfindən qəbul edilib və “WFS” şirkətinə təhvil verilib.

Uzunluğu 186,07 metr, eni  32,20 metr olan gəminin dedveyti  49,9 min tondur. Donanmanı “MOL Tankship Management” şirkəti idarə edir.

Bu gün “MOL” “Cypress Sun” da daxil olmaqla 19 gəmi ilə dünyanın ən böyük metanol tankerləri donanmasına sahibdir. 2016-cı ildən “MOL” metanolla işləyə bilən iki yanacaqlı gəmilərdən ibarət donanma yaradıb.

“Tokyo Mitsui O.S.K. lines, ltd.” (“MOL”, Yaponiya) bütün dünyada həftəlik xətti və logistika xidmətlərinin ən böyük və ən çoxşaxəli şəbəkələrindən birini idarə edən nəqliyyat multimodal şirkətlər qrupudur. Donanmasına ümumi dedveyti 50,8 milyon ton olan müxtəlif təyinatlı 698 gəmi daxildir. “MOL Group”-un işçilərinin ümumi sayı 8547 nəfər, üzən heyəti isə 1099 nəfərdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır