Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Quru yüklərin daşınması üçün iki çay-dəniz gəmisi sifariş verilib

Niderlandın “De Bock Maritiem” gəmiçilik şirkəti “Holland Shipyards Group” tərsanəsinə iki çay-dəniz gəmisinin tikintisini sifariş verib.

“Seanews.az”-ın məlumatına görə, detveyti 3,6 min ton olan gəmilər Niderlandın “Conoship International Projects” konstruktor bürosu tərəfindən layihələndirilib. Onlar quru yüklərin daşınması üçün nəzərdə tutulub.

Tərtibatçının fikrincə, layihənin fərqləndirici xüsusiyyətləri dizel-elektrik hərəkət sistemi, böyüdülmüş pərvanə və optimallaşdırılmış gövdə formasıdır ki, bu da öz sinfində, xüsusən də küləkli hava və dalğa şəraitində ən aşağı yanacaq sərfiyyatına nail olmağa imkan verir. “Econowind VentiFoils” yelkən sisteminin quraşdırılması ilə yaranacaq külək enerjisindən istifadə etmək imkanı yanacaq istehlakını təxminən 10% azaldacaq. Gəmilər bütün mövcud və yeni ekoloji tələblərə cavab verəcək.

Hər bir gəminin uzunluğu 88 metr, eni 13,2 metr, yük anbarlarının tutumu 5,1 min ton olacaq.

Gəmilərin dəyəri açıqlanmır.

Xatırladaq ki, “Conoship International Projects”-in başqa, o cümlədən dedveyti 3,8 min ton və 5,8 min ton olan gəmilər üçün də layihələri var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır