Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Ötən il altı konteyner gəmisi metal qırıntısı kimi satılıb

2022-ci ildə cəmi altı konteyner gəmisi təkrar emal üçün satılıb.

“Seanews.az”-ın məlumatına görə, bu, son 17 ildə ən aşağı göstəricidir. Təkrar emal üçün satılan konteyner gəmilərinin ümumi tutumu 10,6 min TEU təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə istismardan çıxarılan konteyner gəmilərinin ümumi tutumu 16,5 min TEU, 2020-ci ildə isə təxminən 200 min TEU təşkil edib. Təkrar emalın zirvəsi 2016 və 2017-ci illərə təsadüf edib. O illərdə ümumi tutumu 655 min TEU və 417 min TEU olan konteyner gəmiləri doğranmağa göndərilib.

Konteyner gəmilərinin təkrar emalının rekord səviyyədə aşağı olması yüksək yükdaşıma tarifləri ilə izah olunur. Metal qırıntılarının cəlbedici qiymətlərinə baxmayaraq, sahibləri üçün konteyner gəmilərini təkrar bazarda satmaq daha sərfəli idi.

1973-cü ildə inşa edilmiş 1,7 min TEU tutumlu “Matsonia” gəmisi istisna olmaqla, 2022-ci ilin yanvar-avqust aylarında heç bir konteyner gəmisi təkrar emal məqsədi ilə satılmadı. Gəmi ABŞ-da sökülməli idi.

"Lakin 2023-cü ildə yükdaşıma tariflərinin aşağı düşməsi və yeni emissiya tələbləri ilə bağlı artan qeyri-müəyyənlik vəziyyəti dəyişdi və gəmi sahiblərini yenidən təkrar emal bazarına baxmağa vadar etdi", - deyə “Alphaliner”-in hesabatında bildirilir.

2022-ci ildə təkrar emal üçün ilk konteyner gəmisi “Regional Konteyner Lines” tərəfindən satılıb. Bun şirkətə məxsus 1990-cı ildə inşa edilmiş və tutumu 1,2 min TEU olan "Mathu Bhum" konteyner gəmisi sentyabrda satılıb. Oktyabr ayında Taylandiyadan olan bir daşıyıcı oxşar xüsusiyyətlərə malik və 1993-cü ildə inşa edilmiş “Xetha Bhum” adlı konteyner gəmisini satıb.

Noyabr ayında müxtəlif şirkətlərə məxsus 1990-cı illərdə tikilmiş üç fider konteyner gəmisi təkrar emal üçün satılıb. 2022-ci ilin dekabrında 5,6 min TEU tutumlu "Akinada Bridge" konteyner gəmisi doğranmağa verilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır