Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“BW LNG” üçün tutumu 174 min kubmetr olan gəmilər tikilir

Norveçin “TMC Compressors” (“TMC”) şirkəti Cənubi Koreyanın “Daewoo Shipbuilding and Marine Engineering” (“DSME”) şirkətinin inşa etdiyi dörd mayeləşdirilmiş təbii qaz (LNG) tankerini sıxılmış hava sistemi ilə təchiz edəcək.

“TMC” adi kompressorlarla müqayisədə enerjiyə 40%-ə qədər qənaəti təmin edə bilən “Smart Air” kompressorları tədarük edəcək.

“BW LNG” üçün tikilən tutumu 174 min kubmetr olacaq dörd LNG tanker sifarişçiyə 2025-ci ildə təhvil veriləcək.

Qeyd edək ki, Cənubi Koreyanın 1973-cü ildə əsası qoyulmuş şirkəti “Daewoo Shipbuilding & Marine Engineering” şirkəti Okpo körfəzində (Cənubi Koreya) yerləşir. “DSME”  dünyanın  dördüncü ən böyük gəmiqayırma şirkətidir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır