Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Korea Shipbuilding & Offshore Engineering Co.” gəmiqayırma qrupuna metanolla işləyən 12 konteyner gəmisinin tikintisi sifariş verilib

“Korea Shipbuilding & Offshore Engineering Co.” (“KSOE”) gəmiqayırma qrupuna metanolla işləyən 12 konteyner gəmisinin tikintisi sifariş verilib. Gəmiçiliyin adı açıqlanmasa da, Avropa şirkəti ilə bağlanan bu müqavilənin dəyəri  2,05 milyard dollar (2,53 trilyon von) qiymətləndirilir.

“Seanews.az”-ın məlumatına görə, “KSOE” qrupuna (“HD Hyundai” gəmiqayırma, neft emalı və mühəndislik bölməsi) üç törəmə şirkət: “Hyundai Heavy Industries Co.”, “Hyundai Mipo Dockyard Co.” və “Hyundai Samho Heavy Industries” daxildir.

“KSOE”-nin mətbuat xidmətinin bəyan edib ki, konteyner gəmiləri Yeonam limanındakı “Hyundai Samho Heavy Industries Co.” gəmiqayırma zavodunda tikiləcək. Konteyner gəmiləri 2026-cı ilin dekabrına qədər sifarişçiyə təhvil verilməlidir.

Metanolla işləyən gəmilər ətraf mühiti daha az çirkləndirdiyi üçün gəmi sahiblərinin diqqətini cəlb edir. 2021-ci ilin avqust ayından etibarən “KSOE” gəmiqayırma qrupu beynəlxalq gəmiqayırma müəssisələri arasında ən çox - metanolla işləyən 47 konteyner gəmisinin tikintisi üçün sifariş alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır