Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

On gəmi ammonyakla işləyən mühərriklərlə təchiz ediləcək

İsveçrənin mühərrik istehsalçısı “WinGD” və Belçikanın “CMB.TECH” gəmiçilik qrupu ammonyakla işləyə bilən iki yanacaqlı gəmi mühərriklərinin yaradılması haqqında saziş imzalayıblar.

“Seanews.az”-ın məlumatına görə, Çin zavodunda 2025 və 2026-cı illərdə tikiləcək dedveyti 210 min ton olan on gəminin belə mühərriklərlə təchiz edilməsi planlaşdırılır.

Layihə iştirakçıları hesab edirlər ki, ammonyak gəmiçilik sənayesinin karbonsuzlaşmasına nail olmaqda mühüm rol oynaya bilər.

Ammonyakla işləyən “WinGD”  yük daşıyıcıları öz növlərində ilk olacaq və müvəffəqiyyət qazanarsa, böyük gəmilərinin sıfır karbonlu yanacaqdan istifadə edə biləcəyini sübut edəcək.

İsveçrənin “WinGD” şirkəti ərzaq məhsulları daşıyan tankerlər, balkerlər, avtomobil daşıyıcıları, konteyner gəmiləri və digər gəmilər üçün aşağı sürətli qaz və dizel mühərriklərinin yaradıcısıdır. Şirkət öz bazasında (İsveçrə Dizel Texnologiyaları Mərkəzi) elmi-tədqiqat işləri həyata keçirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır