Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Ammonyak təchizat gəmisi konsepsiyası hazırdır

“Mitsubishi Shipbuilding Co., Ltd.” (“Mitsubishi Heavy Industries Group”-a daxildir) ammonyak təchizat gəmisinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanmasını başa çatdırmışdır.

Yaponiya gəmiqayırma şirkətinin bəyanatında deyilir ki, konsepsiya “Inpex Corporation” ilə birgə hazırlanmışdır.

Xüsusi yanacaq təchizatı gəmisinə ehtiyac ammonyakla işləyən gəmilərə artan tələbatla izah olunur. Konsepsiyanın hazırlanması zamanı “Mitsubishi Shipbuilding” ammonyak nəql edə bilən çoxməqsədli qazdaşıyıcıların layihələndirilməsi və tikintisində öz təcrübəsindən istifadə edib. Təchizat gəmisində ammonyak üçün kifayət qədər tutumlu çənlər olacaq. Bundan əlavə, gəminin manevr qabiliyyətinə malik olması və ammonyakla işləyən müxtəlif gəmilərə uyğun təchiz olunması gözlənilir.

“Mitsubishi Shipbuilding” şirkəti əlavə texniki tədqiqatlar aparacaq və belə bir gəminin kommersiya məqsədəuyğunluğunu araşdırmaq üçün iştirakçı gəmiçilik şirkətləri ilə işləyəcək.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır