Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Ziton” gəmiləri ilə 4 il dəniz külək stansiyalarına xidmət edəcək

“Ziton A/S” və “RWE Offshore Wind” şirkətləri “RWE”-nin dəniz obyektlərində ağır yük qaldırıcı domkratların istismarı və texniki xidmətinə dair dörd illik çərçivə sazişi imzalayıblar.

“Ziton” şirkətinin press-relizində belə deyilir.

Bu müqaviləyə əsasən, “Ziton” şirkəti “RWE”-nin dəniz külək qurğularına öz gəmiləri ilə ağır layihə yüklərinin daşınmasını təmin edəcək və digər dəstək xidmətləri göstərəcək. Xidmətlər hər il 180 gün ərzində Böyük Britaniyada və Avropada fəaliyyət göstərən bütün “RWE” dəniz külək stansiyalarında Ziton”-un donanması tərəfindən təmin ediləcək.

“RWE” (“Rheinisch-Westfalisches Elektrizitatswerk AG”) Avropanın  16 milyondan çox elektrik istehlakçısına və 7 milyon qaz istehlakçısına xidmət göstərən aparıcı elektrik və qaz şirkətlərindən biridir. Şirkətin baş ofisi Essen şəhərində (Şimali Reyn-Vestfaliya, Almaniya) yerləşir. “RWE” Almaniyada ikinci ən böyük elektrik enerjisi təchizatçısıdır və dəniz külək enerjisi sənayesində dünyanın aparıcı oyunçularından biridir. Şirkət beş ölkədə 18 külək stansiyasını idarə edir.

“Seanews.az”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır