Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Wartsila” şirkətlər qrupu yeni yüksək sürətli bərəni iki yanacaqlı və güclü hidroaktiv mühərriklərlə təchiz edəcək

Finlandiyanın “Wartsila” şirkətlər qrupu yeni yüksək sürətli sərnişin və yük daşıyan “Marqarita Salas” bərəsini  (Ro-Pax) iki yanacaqlı və güclü hidroaktiv mühərriklərlə təchiz edəcək.

“Seanews.az”-ın məlumatına görə, Finlandiya qrupunun bəyanatında belə deyilir.

Bərə İspaniyanın “Balearia” gəmiçilik şirkətinin sifarişi ilə “Astilleros Armon Gijon” (İspaniya) gəmiqayırma zavodunda tikilir. Seriyanın əvvəlki gəmisi “Eleanor Ruzvelt” kimi, yeni bərə də 123 metr uzunluğuna və ən yüksək istismar sürətinə malik olacaq.  

Səmərəliliyi artıran “Wartsila” mühərrikləri yeni gəmini seriyadakı əvvəlkilərdən 10% daha güclü edəcək. “Wartsila”-nın “WXJ “seriyalı hidroaktiv mühərrikləri daha çox məhsuldarlığı təmin edir. Gəmi mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.

Güc qurğuları istismar sürətini  35 knot-a qədər artırmağa imkan verəcəkdir.

İspaniyanın böyük gəmiçilik şirkəti olan “Balearia” 15 sərnişin və yük bərəsi, 14 sürətli katamaran və bir yük gəmisindən ibarət donanmaya malikdir. Gəmilər Pireney yarımadası, Balear adaları, Cəbəllütariq boğazı və Baham adaları arasındakı xətlərdə işləyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır