Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Ən böyük yaxta ilin sonunadək hazır olacaq

Almaniyanın “Lürssen” gəmiqayırma zavodunda tikilən dünyanın ən böyük superyaxtası 2023-cü ilin sonuna qədər hazır ola bilər.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, gəmi 2018-ci ildən zavodun öz layihəsinə əsasən tikilir, yaxtanın dizaynı isə “Espen Oeino International” tərəfindən hazırlanıb.

Uzunluğu 145 metr, eni 20 metr olan yaxta dizel mühərrikləri, iki klassik pərvanə və müasir naviqasiya sistemləri ilə təchiz ediləcək.

Yaxtanı məşhur ukraynalı milyarder Rinat Axmetov sifariş edib, lakin 2022-ci ildə o, gəmisini almaqdan imtina edib və zavoda satıb. İndi “Lürssen” yarımçıq superyaxta üçün yeni alıcı axtarır.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır