Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

İki konteyner gəmisi ilk dəfə dəyişdirilə bilən LNG yanacaq çəni sistemini sınaqdan keçirib

Çinin iki konteyner gəmisi ilk dəfə dəyişdirilə bilən LNG yanacaq çəni sistemini sınaqdan keçirib.

“Seanews.az”-ın məlumatına görə, birgə sınaqlar “CNOOC”, “Hongyuan Shipping” və “CRRC” şirkətləri tərəfindən həyata keçirilib.

Tutumu 200 TEU olan çay konteyner gəmiləri “Hongyan Xizhou” və “Hongyuan Wuhan” (“Hongyuan Shipping” tərəfindən idarə olunur) “NGV” mobil sistemlərindən istifadə edərək sınaq səfərlərini başa çatdırıblar.

LNG çənlərinin dəyişdirilməsi 15-30 dəqiqə çəkir. Eyni zamanda, onların tutumu konteyner gəmilərinə gediş-gəlişlə bir səfərin yerinə yetirilməsinə (3 min km-ə qədər məsafə qət etməyə) imkan verir.

Sınaq bu texnologiyanı daha da inkişaf etdirmək üçün Çin şirkətləri “CNOOC”, “Hongyuan Shipping” və “CRRC” arasında 2021-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin bir hissəsi kimi baş tutub.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır