Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Yunan gəmi sahibləri Çin tərsanələrinə ümumilikdə 50 milyard dollar dəyərində mindən çox gəmi sifariş veriblər

Çin və Yunanıstan gəmiçiliyin maliyyələşdirilməsi sahəsində strateji əməkdaşlıq haqqında razılığa gəliblər.

“Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verir ki, strateji əməkdaşlıq haqqında sazişi Çin tərəfdən Lutszytsu rayonu Biznes Dairəsi Şurası Qrupunun nümayəndəsi, Rabitə Bankının vitse-prezidenti Huan Hunyuan, Yunanıstan tərəfindən Yunanıstan Gəmiçiliyi (“Hellenic Shipping”) Bank və Maliyyə Rəhbərləri Assosiasiyasının prezidenti Georq Ksiradaks imzalayıb.

Razılaşmanın şərtlərinə əsasən, tərəflər iki beynəlxalq gəmiçilik mərkəzinin gəmiçilik şirkətləri və maliyyə institutları arasında qarşılıqlı əlaqəni stimullaşdırmaq üçün tərəfdaşlıq şəbəkəsi yaradacaqlar.

Yunanıstanın Dəniz İşləri və Ada Siyasəti nazirinin müavini Kostas Katsafados görüş zamanı bildirib ki, saziş "iki ölkə arasında maliyyə sektorunda əlaqələri daha da gücləndirəcək". Onun sözlərinə görə, sazişin imzalanması əməkdaşlığın uzunmüddətli xarakter daşımasından və iki gəmiçilik mərkəzi arasında əlaqələrin möhkəmlənməsindən xəbər verir.

"Son onilliklər ərzində Yunanıstan və Çin dəniz sektorunda möhkəm əlaqələr qurublar. Yunanıstan dünya ticarət dəniz donanmasının 25%-nə nəzarət edir. Dünyanın ən böyük ixracatçısı olan Çinlə əməkdaşlıq ölkəmiz üçün çox vacibdir", - K. Katsafados bildirib.

Son 15 ildə yunan gəmi sahibləri Çin tərsanələrinə ümumilikdə 50 milyard dollar dəyərində mindən çox gəmi sifariş veriblər və Çin banklarının Yunanıstan gəmiçiliyinə ümumi investisiyası 3 milyard dollar təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır