Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Çin dünyanın ən böyük hibrid sərnişin gəmisini Böyük Britaniyaya təhvil verib

Çin Dövlət Gəmiqayırma Korporasiyası dünyanın ən böyük hibrid elektrik qurğusu ilə təmin olunan sərnişin gəmisini tamamlayıb Böyük Britaniyaya təhvil verib.

“APA-Economics”in xarici mətbuata istinadən verdiyi məlumata görə, həm ənənəvi yanacaq, həm də elektrik dartma gücü ilə işləyə bilən gəmi Britaniyanın “P&O Ferries” şirkəti tərəfindən sifariş edilib. O, Böyük Britaniyanın cənub-şərqindəki Duver ilə Fransanın şimalındakı Kale limanı arasında hərəkət edərək La Manş boğazı boyunca üzəcək.

Uzunluğu 230,5 metr olan gəmi 1,5 min sərnişini qəbul edə bilir. Onun üzərində quraşdırılmış akkumulyatorun gücü 8,8 MVt-saatdır ki, bu da 150 elektromobilin ümumi gücünə bərabərdir. Batareyanı dənizdə də doldurmaq olar, çünki texnologiya generatordan artıq elektrik enerjisini ona ötürməyə imkan verir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır