Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

Daha çox metanolla işləyən konteyner gəmiləri sifariş verilir

Son altı ayda metanolla işləyən konteyner gəmiləri LNG ilə işləyənlərdən daha çox sifariş edilir.

Bu məlumatı “Alphaliner”-in hesabatına istinadən “Splash24/7” verir.

Ənənəvi gəmi yanacağı ilə işləyən konteynerdaşıyanlara gəlincə, onlar ilin əvvəlindən verilən bütün sifarişlərin tutumunun cəmi 8%-ni təşkil edir.

Metanol və ya LNG işlədən iki yanacaqlı gəmilər hazırda ümumi sifarişlərin 40%-ni təşkil edir.

Metanolla işləyən konteyner gəmiləri də daxil olmaqla, tutumu 0,93 milyon TEU olan 68 gəmi sifariş edilib ki, bu da ümumi sifarişlərin tutumunun 12%-nə bərabərdir. Müqayisə üçün qeyd edək ki, bir il əvvəl belə gəmilər sifariş edilən konteynerdaşıyanların  ümumi tutumunun cəmi 1%-ni təşkil edirdi.

“Splash24/7” “Alphaliner”-in son hesabatından sitat gətirib: "Bu rəqəmlər gəmiçilikdə “yaşıl inqilab”ın tam sürətlə getdiyini və daşıyıcıların öz donanmasını yeni tələblərə uyğun modernləşdirmək üçün böyük sərmayələr yatırdığını göstərir."

Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır