Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Fincantieri” 250 milyon avro dəyərində 4 gəmi inşa edəcək

İtaliyanın “Fincantieri” gəmiqayırma qrupu, törəmə şirkəti “Vard” vasitəsilə külək platformalarının (CSOV) istismara verilməsi və onlara texniki xidmət üçün dörd gəminin tikintisinə dair müqavilə imzalayıb,

“Seanews.az” xəbər verir ki,  müqavilənin ümumi dəyəri 250 milyon avrodur.

Gəmilər Norveçin "Edda Wind" şirkəti üçün tikiləcək. Şirkətin hazırda iki öz gəmisi və bir icarəyə götürülmüş gəmisi var.

İlk iki gəminin 2025-ci ilin birinci rübündə, üçüncünün 2025-ci ilin ikinci rübündə, dördüncünün isə 2026-cı ilin birinci rübündə sifarişçiyə təhvil veriləcəyi gözlənilir.

200 ildən çox yaçı olan “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır