Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-29,
Seanews
Heyder Eliyev

“Ruby Princess” kruiz gəmisində 300-ə yaxın sərnişin və heyət üzvü infeksiyaya yoluxub

ABŞ-yə məxsus “Ruby Princess” kruiz gəmisində 300-ə yaxın sərnişin və heyət üzvü bağırsaq infeksiyasına yoluxub.

Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) məlumat yayıb.

Qeyd olunub ki, kruiz fevralın 26-dan martın 5-dək baş tutub, layner artıq Texas ştatının Qalveston şəhərinə yanaşıb. Xəstəlik 2881 nəfərdən ən azı 284-nə təsir edib. Onlar qusma və ishal kimi simptomlarla üzləşiblər.

Baş verənlərin dəqiq səbəbi bilinmir.

Ancaq gəminin sahibi olan “Princess cruises” şirkəti “norovirus”u ən çox ehtimal olunan səbəb adlandırıb.

Xatırladaq ki, 2020-ci ildə “Ruby Princess” gəmisi koronavirusun ocağına çevrilmişdi. Həmin vaxt layner yüzlərlə yoluxmuş insanla Sidney limanına yanaşmışdı. Daha sonra yoluxanların sayı 663 nəfərə çatmış, onlardan da 28-i həyatını itirmişdi.

Oxu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır